15/12/2019
11:55
2660
| A A A
“Yenidən Barcelona üçün oynamaq istəyirəm" - Pedro

Chelsea-nin futbolçusu Pedro Rodriqes Barcelona-ya qayıtmaq istəyir.

Goal.az xəbər verir ki, bu barədə ispan hücumçu AS nəşrinə açıqlamasında deyib:

“Yenidən Barcelona üçün oynamaq istəyirəm. Hər kəs bu komandaya qarşı nələr hiss etdiyimi yaxşı bilir. Eyni zamanda, geri qayıtmağın çətin olduğunun da fərqindəyəm”.

Qeyd edək ki, 2015-ci ildən Chelsea-də forma geyinən Pedronun müqaviləsi mövsümün sonuna qədərdir. 32 yaşlı hücumçu 2004-2015-ci illərdə Barcelona-da forma geyinib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11901 səs