15/12/2019
15:51
2939
| A A A
“Liverpool-a yaxınlaşmaq üçün..." - Qvardiola

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola Liverpool-u keçməklə bağlı yayılan məlumatlara münasibət bildirib.

Goal.az xəbər verir ki, baş məşqçi hazırda Premyer Liqada Leicester City klubunu geridə qoymaq barədə düşündüyünü bildirib.

“Liverpool-a yaxınlaşmaq üçün Leicester-i keçmək lazımdır. Son illər evdə və səfərdə xallar qazansaq da, bu sezon xalların sayını azaltmışıq. Ancaq oyunumuz olmasaydı daha çox narahat olardım”.

Qeyd edək ki, Manchester City Premyer Liqada geridə qalan 16 turdan sonra 32 xalla 3-cü pillədədir və Leicester-dən 7 xal geri qalır.