10/01/2020
13:58
6184
| A A A
Barcelona rəsmilərindən Valverde ilə bağlı açıqlama

İspaniya superkubokunun yarımfinalı çərçivəsində Atletico-ya 2:3 hesabıyla məğlub olan Barcelona-nın prezidenti Jozep Maria Bartomeu və idman direktoru Gilermo Amor açıqlama verib.

Goal.az xəbər verir ki, oyunla bağlı danışan klub rəhbəri, baş məşqçi Ernesto Valverdenin istefası məsələsinə də münasibət bildirib:

“Vacib oyunda məğlub olduq. Təəssüflənirik. İstədiyimiz kimi oynaya bilmədik, azarkeşlərimizin tənqid etməsini normal qarşılayırıq. Daha çox çalışmalıyıq. Valverdeni isefaya göndərmək kimi düşüncəmiz yoxdur. Çünki qarşıda hələ çox oyun var”.

Oyunla bağlı fikirlərini bildirən Amor, bunları deyib:

“Futbolda belə hallara hazır olmaq lazımdır, xüsusilə, güclü komandalara qarşı oyunda. Məğlubiyyət ağırdır, amma davam etməliyik, yolumuz uzundur, qarşıda hələ çox oyunumuz var. Valverdenin istefası məsələsinə gəldikdə isə, bu barədə deyə biləcəyimiz heç bir şey yoxdur”.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5453 səs