14/01/2020
14:54
5860
| A A A
Merih Demiraldan sevindirici paylaşım

A Seriyasının 19-cu turunda Roma-ya qarşı oyunda dizindən ağır zədələnən Juventus-un müdafiəçisi Merih Demiral sosial şəbəkə hesabından paylaşım edib.

Goal.az xəbər verir ki, türkiyəli oyunçu ona gələn dəstək mesajlarına görə hər kəsə təşəkkürünü bildirib.

Demiral eyni zamanda “Avropa çempionatında görüşərik” yazaraq, türkiyəli futbolsevərləri sevindirib. Belə ki, Juventus-un rəsmi saytı ötən gün oyunçunun durumu ilə bağlı bəyanat yayaraq, 21 yaşlı futbolçunun bu yaxınlarda əməliyyat olacağını və onun üçün mövsümün bitdiyini bildirmişdi. Bu bəyanatdan sonra isə Merih Demiralın Avropa çempionatına da yetişməyəcəyi düşünülürdü.