24/01/2020
14:13
3634
| A A A
"Real Madrid hər il məni heyətinə çağırırdı, amma imtina edirdim”

Manchester City-nin ispan yarımmüdafiəçisi David Silva Real Madrid ilə bağlı xatirələrini bölüşüb.

Goal.az xəbər verir ki, futbolçu klubdan dəfələrlə təkliflər gəldiyini, lakin hər dəfə təklifləri rədd etdiyini bildirib.

David Silva qeyd edib ki, o, bir zamanlar ailəsi ilə birlikdə İspaniyanın Kanar adalarında yaşayıb. İspaniyalı “Kral klubu”nun Baldebebasdakı bazasında baxış keçib. Lakin atası ona evi tərk etməyə icazə verməyib.

"Real Madrid hər il məni çağırırdı, amma imtina edirdim. On dörd yaşım tamam olana qədər doğma şəhərimdə oynayırdım", - futbolçu deyib.

Qeyd edək ki, 34 yaşlı Silva Valencia-nın yetirməsidir. O, 2010-cu ildə 28,75 milyon avroya Manchester City-yə keçib. İspaniyalı yarımmüdafiəçi cari mövsümdə İngiltərə çempionatının 18 matçında iştirak edib. O, bu matçlarda 3 qol müəllifi olub və 7 məhsuldar ötürmə verib. (Report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18389 səs