08/02/2020
14:53
5980
| A A A
“Ronaldo bizim üçün çox qocadır”

Bayern Münich-in prezidenti Qerbert Hayner yayda Juventus-un hücumçusu Kriştiano Ronaldonu transfer etmələrinin mümkünlüyünə dair yayılan xəbərlərə münasibə bildirib.

Goal.az xəbər verir ki, Münhen klubunun rəhbəri bu xəbərləri təkzib edib:

“Mediada Bayern ilə bir çox futbolçunun adı hallanır. Bu, normaldır. Ronaldoya gəlincə, o, bizim üçün çox qocadır”.

Qeyd edək ki, 35 yaşlı Ronaldo bu mövsüm klub səviyyəsində 27 oyunda iştirak edib, 22 qol vurub və 3 qolun ötürməsini edib.