13/02/2020
16:55
2466
| A A A
"VAR-ın lazım olmadığını təmin edə bilərik" - Kollina

Əfsanəvi hakim Pyerluici Kollina həmkarlarına göstəriş verib.

Goal.az xəbər verir ki, italiyalı sabiq ədalət təmsilçisi hakimlərin VAR-a arxayınlanmamalı olduğunu bildirib:

“Hakimlər VAR yoxmuş kimi qərarlar qəbul etməlidi. Əgər düzgün qərarlar verilsə, VAR-ın lazım olmadığını təmin edə bilərik. Ancaq indi hakim səhv etsə belə rahat davranır. Amma nəzərə alınmalıdır ki, səhv qalacaq və hakimin hərəkətlərini qiymətləndirənlər bunu unutmayacaq.

Referilər oyun haqqında hər şeyi bilməli, videolar təhlil etməli və taktikaları öyrənməlidirlər. Onlar eyni zamanda oyunçuların xüsusiyyətləri barədə məlumat almalıdırlar. Bu gün hazırlıq hakimliyin ayrılmaz bir hissəsidir." (matc.az)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8733 səs