17/02/2020
15:28
4240
| A A A
Bernardo Silva keçmiş klubuna qayıtmaq istəyir

Manchester City-nin yarımmüdafiəçisi Bernardo Silva Portuqaliyaya qayıtmaq istədiyini bildirib.

Goal.az xəbər verir ki, o, bir gün Benfica-ya dönəcəyini açıqlayıb:

“Mən bundan əvvəl də bir neçə dəfə demişdim ki, Benfica üçün darıxıram. Oranı vaxtından əvvəl tərk etdim. Ancaq bir gün qayıdacağımı düşünürəm. Əgər klub məni yenidən komandada görmək istəsə, geri dönəcəm”.

Qeyd edək ki, UEFA Manchester City-ni iki illik avrokuboklardan kənarlaşdırıb. Komandanın bəzi oyunçularının klubdan ayrılması gündəmdədir.