21/02/2020
10:00
6301
| A A A
Messi qərarını verdi

Barcelona-nın kapitanı Lionel Messi komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, argentinalı hücumçu “Mundo Deportivo”ya açıqlamasında belə bir fikirdə olmadığını deyib:

“Mənim fikrim, kub və azarkeşlər istədiyi müddətdə Barcelona-da qalmaqdır. Mən tərəfdən problem yoxdur. Barcelona ilə daha bir dəfə Çempionlar Liqasını qazanmaq istəyirəm.

Heç vaxt Barcelona-dan ayrılmaq haqda düşünməmişəm. İndi də fikirləşmirəm. İllər ötür və sən qarşıda nələr olacağını bilmirsən. Ancaq onu deyim ki, burada özümü əvvəlki illərdən də yaxşı hiss edirəm”.

Xatırladaq ki, Messinin klub rəhbərliyi ilə arasında problem olduğu və bu səbəbdən komandadan ayrılacağı iddia olunur.