24/02/2020
11:36
7391
| A A A
"Bunu Liverpool da bacarmadı" - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp Manchester United-in Erlinq Holandı transfer etməməsi ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, alman mütəxəssis, Holandı transfer edə bilməməsi üçün müzakirə olunan “qırmızı şeytanlar”la bağlı bunları deyib:

“Hər kəs Manchester United-i Holandı transfer etmədiyi üçün günahlandırır. Amma Liverpool da bunu bacarmadı. Hər şey bu qədər sadədir. Holand özü üçün ən yaxşı komandanı seçdi. 19 yaşı var, Çempionlar Liqasında oynamaq istəyir. Bundesliqanın liderlərindən birinə transfer olunaraq, bu fürsəti əldə edə bilər, buna görə də, o, Borussia Dortmund-u seçdi. İnsanlar nə deyirsə desinlər, əminəm ki, başqa heç bir klubun şansı yox idi”.

Xatırladaq ki, Holand qış transfer pəncərəsində Salzburg-dan Borussia-ya transfer olunub.