26/03/2020
14:51
2134
| A A A
Pedro gələcəyi ilə bağlı açıqlama verdi

Chelsea-nin futbolçusu Pedro Rodriqez yayda komandanı tərk edəcək.

Goal.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:

“Mövsümün sonunda Chelsea-dən ayrılacam. İyunda müqaviləm bitir və hazırda dünyanın böyük problemi var. Buna görə də normal həyata qayıda bilmirik. Yenidən nə vaxt məşq edəcəyimizi də bilmirəm.”.

Koronavirus pandemiyasına görə İngiltərədə futbol yarışları təxirə salınıb.

Qeyd edək ki, Pedro 2015-ci ildən Chelsea-nin şərəfini qoruyur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18336 səs