31/03/2020
11:05
1308
| A A A
"Onların çempion elan edilməsi problem deyil"

Manchester City-nin yarımmüdafiəçisi İlkay Gündoğan koronavirus pandemiyasına görə təxirə salınan İngiltərə Premyer Liqası ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan alman futbolçu yarışın davam etdirilməyəcəyi halda, çempionluğun Liverpool-a verilməsi ehtimalından danışıb:

"Hələ bu mövzu müzakirə edilmir. Belə vəziyyətdə Liverpool-un çempion elan edilməsi problem deyil. Bəzi məsələlərdə idman mədəniyyəti olmalıdır. İndiki vəziyyətdə küçəyə çıxıb, 15 dəqiqə gəzmirik. Koronavirusu ciddi qəbul etmək lazımdır. Bu mübarizədən qalib ayrılmaq lazımdır".

Qeyd edək ki, Premyer Liqanın başa çatmağına 9 tur qalıb. Çempionatın turnir cədvəlinə 82 xalla Liverpool başçılıq edir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5619 səs