31/03/2020
14:21
2056
| A A A
"İndi əhvalı yaxşı deyil, məşhur təbəssümü yoxa çıxıb"

Məşhur braziliyalı futbolçu Ronaldinyo hazırda Paraqvayda həbsxanadadır.

Goal.az xəbər verir ki, sənədləri saxtalaşdırmaqda ittiham olunaraq həbs edilən Ronaldinyoya Paraqvay yığmasının sabiq üzvü Nelson Kuevas baş çəkib.

O, Ronaldinyonun hazırkı durumunu belə xarakterizə edib: “Aydın məsələdir ki, indi onun əhvalı yaxşı deyil.

Onda əsasən nəyi müşahidə etdim? İlk növbədə məşhur təbəssümünün itməsini. O, həbsxanadadır. Bu isə onun öyrəşdiyi situasiya deyil. Orada heç bir lüks yoxdur”.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5628 səs