01/04/2020
18:30
1676
| A A A
"Poqba Juventus-a qayıdacaq"

Fransa millisinin sabiq oyunçusu Bakari Sanya Manchester United-in yarımmüdafiəçisi Pol Poqbaya Juventus-a qayıtmağı tövsiyə edib.

Goal.az xəbər verir ki, o, həmyerlisinin İtaliyada daha uğurlu çıxış edəcəyini düşünür:

"Düşünürəm ki, Poqba Juventus-a qayıdacaq. Çünki İngiltərədə ona qarşı soyuq münasibət var. Əgər Real-a getsə, onun üçün asan olmayacaq. Çünki Poqba hazırda yaxşı vəziyyətdə deyil. Ondan çox şey tələb edəcəklər. Pol seçimini düzgün etməlidir. Məncə, Poqba Juventus-a gəlsə, daha doğru qərar vermiş olar”.

Qeyd edək ki, Manchester United fransalı futbolçunu komandada saxlamaq istəsə də, oyunçu ayrılmaq niyyətindədir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5630 səs