08/04/2020
13:52
2216
| A A A
"Messi La Liqadan getsə, dünyanın sonu olmayacaq”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Barcelona-nın ulduz futbolçusu Lionel Messinin İnter-ə keçəcəyi barədə iddialara münasibət bildirib.

Goal.az xəbər verir ki, La Liqa rəhbəri bunları söyləyib:

“Düşünmürəm ki, Messi getsə, A Seriyasının bütün problemləri həll ediləcək. İtaliya futbolundakı durum stresslidir. Bu iqtisadi problemlər Messi ilə qətiyyən düzəlməyəcək. Messinin İspaniyada qalmasını çox istərdim. Ancaq getsə belə, dünyanın sonu olmayacaq. Kriştiano Ronaldosuz La Liqanın pullar itirəcəyini mən də demişdim. Amma hər şey tərsinə oldu, əksinə, La Liqa daha çox qazanmağa başladı. Hətta Portuqaliyadakı teleyayım gəlirlərimiz də artdı. Böyük futbolçular bu mənada kömək edirlər, ancaq bir çempionat üçün həlledici olduqlarını demək olmaz”.

Qeyd edək ki, İnter-in sabiq prezidenti Massimo Moratti yerli mətbuata açıqlamasında İtaliya klubunun Messini heyətinə qatmağa çalışdığını bəyan edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5621 səs