09/04/2020
16:56
2527
| A A A
"Hamiləyəm, uşağıma nəsə olmasını istəmirəm, çox narahatam"

Juventus-un müdafiəçisi Daniele Ruqaninin sevgilisi Mikaela Periskoda COVID-19 pandemiyasına yoluxmalarından danışıb.

Goal.az xəbər verir ki, televiziyada çalışan xanım jurnalist hələ də sağalmadıqlarını deyib:

"Koronavirusu yüngül keçirənlər üçün təyin edilən 20 gün müddətini keçdik, amma son test yenə də müsbət çıxdı. Xəstəxanada gənc olduğum üçün təhlükənin az olduğunu dedilər. Buna görə özümə təsəlli verirəm. Ancaq Ruqani ilə görüşə bilmirik.

O, Juventus-un otelində qalır. Yalnız görüntülü zənglə kifayətlənirik. 4 aylıq hamiləyəm, buna görə mütəmadi həkimə getməliyəm. Uşağıma nəsə olmağını istəmirəm, çox narahatam".

Qeyd edək ki, Ruqani Juventus-da koronavirus yoluxan ilk futbolçu olub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5445 səs