22/05/2020
17:35
1833
| A A A
"Mən özümü əclaf kimi aparıram və bununla fəxr edirəm!”

Juventus-un müdafiəçisi Corco Kellini DÇ-2014-də Uruqvayla keçirilən qarşılaşmada Luis Suareslə aralarında yaşanan insident barədə danışıb.

Goal.az xəbər verir ki, Kellini Suaresin belə hərəkətlərinə heyran olduğunu deyib.

O, özünün də uyğun xarakterə sahib olduğunu vurğulayıb: “Onun belə davranışlarına heyranam. Belə olmasaydı, Suares adi oyunçu olardı. Həmin gün DÇ-də qəribə heç nə baş vermədi.

Bütün oyun ərzində, demək olar ki, Kavanini izlədim və bir-birimizə güzəşt etmədik. Amma birdən hiss etdim ki, məni çiynimdən dişlədilər. Bu, Suaresin mübarizə zamanı strategiyasıdır.

Deyə bilərəm ki, mənim də strategiyam oxşardır. Biz Suareslə bənzərik. Belə hücumçular xoşuma gəlir. Oyundan bir neçə gün sonra ona zəng etdim. Amma onun üzr istəməyinə ehtiyac yox idi.

Mən də meydanda özümü əclaf kimi aparıram və bununla fəxr edirəm. Belə davranış, qəzəb idmanın bir hissəsidir. Bunu fırıldaqçılıq adlandırmazdım. Rəqibi məğlub etmək üçün nələrsə “ixtira” etməlisən”. (sportinfo)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
10025 səs