29/05/2020
16:15
2942
| A A A
"Messi Barcelona-nı tərk etməklə bağlı qərar versə..."

Lionel Messinin Barcelona-nı tərk edəcəyi təqdirdə, karyerasını davam etdirəcəyi klub bəlli olub.

Goal.az xəbər verir ki, Messi Kataloniya klubundan ayrılarsa, vətəninə qayıdacaq.

O, Argentinanın Newells Old Boys klubunda çıxış edəcək. Bu barədə klubun vitse-prezidenti Kristian Damiko məlumat verib: “Əgər Messi Barcelona-nı tərk etməklə bağlı qərar versə, Newells Old Boys-a keçəcək. Onu da deyim ki, bu, təkcə bizdən asılı deyil.

Argentina Futbol Assosiasiyası da bizə kömək etməlidir. Klaudio Tapia Leonun dostudur. Amma etiraf edim ki, bu məsələyə görə Tapia ilə heç vaxt əlaqə saxlamamışam. Onu narahat etmək istəmirəm”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8977 səs