30/06/2020
12:54
988
| A A A
“Bu komandada oynamaq istəməyən özünü həkimə göstərməlidir"

Liverpool-un sabiq qapıçısı Bryus Qrobbelar komandanın gücü barədə danışıb.

Goal.az xəbər verir ki, Bryus bildirib ki, istənilən futbolçu bu Liverpool-da oynamağı arzulamalıdır.

O, Kilian Mbappenin Liverpool-a keçə biləcəyi ilə bağlı yayılan məlumata da münasibət bildirib:

“Mbappe “Enfild”ə gəlsə, ilk növbədə özünün sübut etməli olacaq. Vəziyyətin necə olacağı barədə dəqiq fikir bildirmək olmaz. Bu, Kloppdan da asılıdır. Ola bilsin ki, yeni mövsümdə təzə nəsə ortaya qoysun.

İndi istənilən futbolçu Liverpool-da oynamağa can atır. Ona görə ki, biz çempionuq. Bura gələn futbolçu dərhal əsas heyətdə yer tələbə edə bilməz. Həmin futbolçu ilk növbədə oyun keyfiyyətini bir qədər də artırmalıdır. Bu komandada oynamaq istəməyən futbolçu isə özünü həkimə göstərməlidir”. (Sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7317 səs