01/07/2020
22:57
1046
| A A A
"İnsanlar indi bizim ağrılarımızı başa düşməyə başlayırlar" - Anri

Arsenal-ın və Barcelona-nın keçmiş futbolçusu, Monreal İmpect-in baş məşqçisi Tyerri Anri "Black Lives Matter" ("Qaradərililərin həyatı önəm kəsb edir") hərəkatı haqqında fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, Anri açıqlamasında qeyd edib:

"Məncə, hamımız qaradərililərin həyatının önəm kəsb etdiyini bilirik. Bu barədə danışmışıq. Sadəcə, insanlar bu hərəkata qoşulmaqla bizim ağrılarımızı başa düşməyə başladıqlarını nümayiş etdirirlər".

Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polisin müdaxiləsindən sonra dünyasını dəyişmişdi. Hadisənin ardınca Amerikanın müxtəlif ştatlarında etiraz aksiyaları başlamışdı. Daha sonra protestlər dünyanın digər hissələrinə yayılmışdı. (Fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12426 səs