04/07/2020
12:24
4171
| A A A
"Burada olmağı özü istəmədi və komandaya qayıtmayacaq"

Manchester City-nin baş məşqçisi Pep Qvardiola adı komanda ilə hallanan Borussia Dortmund-un vingeri Ceydon Sançonun mümkün transferi barədə danışıb

Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis 20 yaşlı futbolçunun "şəhərlilər"ə qayıtmayacağını deyib:

"Ceydon Sanço klubumuzdan getməyə qərar vermişdi və indi niyə qayıtsın ki? O, Borussia-ya iki il sonra geri dönmək üçün yollanmayıb. Bu, məntiqli deyil. Klubumuzda olmağı özü istəmədi və komandaya qayıtmayacaq".

Borussia ingilis futbolçunu 2017-ci ildə Manchester City-nin akdemiyasından 8 milyon avroya transfer etmişdi. 20 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 20 qol vurub, 20 assist edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12423 səs