05/07/2020
16:25
1121
| A A A
"Azərbaycanda yaxşı futbolçular var?" - Beşiktaş-ın prezidenti

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə onlayn qoşulub.

Goal.az xəbər verir ki, o, azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb:

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var. Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər.

Belə halda qiymətli olan azərbaycanlı futbolçunu “Beşikdaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13067 səs