08/07/2020
14:56
1354
| A A A
"Milan-da həm prezident, həm futbolçu, həm də baş məşqçiyəm"

"Mən ulduzam. Bu, sirr deyil. Yaş isə sadəcə, rəqəmdir".

Goal.az xəbər verir ki, bunu Milan-ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun Juventus-la ev oyunundan sonra deyib.

Turin klubu üzərində 4:2 hesablı əzmkar qələbəni şərh edən isveçli hücumçu özünü tərifləyib: "Yaxşı işləyir, özümü yaxşı hiss edirəm. Bu gün əvvəlki qarşılaşma ilə müqayisədə daha çox oynadım, komandama kömək etməyə çalışıram. Görək, növbəti mövsümdə də Milan-da çıxış edəcəyəmmi"?

39 yaşlı forvard klubda 3 vəzifəni yerinə yetirdiyini bildirib: "Həm prezident, həm oyunçu, həm də baş məşqçiyəm. Yeganə mənfisi odur ki, yalnız oynadığıma görə pul ödəyirlər. Mövsümün startından burada olsaydım, çempionluğu da qazanardıq".

Qeyd edək ki, Zlatan İbrahimoviç dünənki matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13065 səs