08/07/2020
17:52
5734
| A A A
“Klub prezidenti cinsi əlaqədə olmaq üçün məni transfer etdi” - FOTO

Serbiyalı basketbolçu Militsa Daboviç açıqlaması ilə gündəmi zəbt edib.

Goal.az xəbər verir ki, 38 yaşlı idmançı 2009-cu ildə Beşiktaş-dan Palero-ya keçidi barədə danışıb.

Daboviç Yunanıstan klubunun prezidentinin onunla yatmaq istədiyi üçün transfer etdiyini deyib: “2009-cu ildə Beşiktaş-dan Yunanıstan klubuna getdim. Mənə aylıq 20 min avro maaş ödəyirdilər və bu, böyük rəqəm idi.

Klub prezidenti mənə bir gecəlik münasibət təklif etdi. Onun cinsi əlaqədə olmaq istədiyini qəbul etmədim. Buna görə 3 ay maaşımı vermədilər və sonra da müqaviləmi pozdular. Ayaqlarımı pul üçün açmadım və buna görə qürurlu insanam. Vicdanım sakitdir və gecələr rahat yatıram”.

Qeyd edək ki, Daboviç 2016-cı ildə Serbiya yığması ilə Rio olimpiadasında bürünc medal qazanıb. O, həmin il karyerasını bitirib. (Allsport)

Изображение пина

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12665 səs