09/07/2020
11:55
1929
| A A A
Liverpool-dan ayrılıq - Klopp təsdiqlədi

İngiltərəli futbolçu Adam Lallana yayda “Liverpool"dan ayrılacaq.

Goal.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib:

“Lallananın bu yay komandadan ayrılacağını hamı bilir. Hələ getməyib, ancaq onunla bağlı olan hər şey üçün darıxıram. İnanılmaz bir peşəkardır, işlədiyim futbolçular arasında ən effektli məşq edənlərdən biridir. Ona gələcək karyerasında ən yaxşısını arzu edirəm. Düşünürəm ki, “Liverpool”un əfsanəsi oldu, indi bunu başqa klubda da bacara bilər”.

Lallana 2014-cü ildən “Liverpool”da çıxış edir. Onun mövsümün sonunda bitəcək müqaviləsi yenilənməyəcək. (matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12667 səs