09/07/2020
17:28
2186
| A A A
Real Madrid-in futbolçusunda koronavirus şübhəsi

Həkimlər Real Madrid-in futbolçusu Vinisius Juniorun koronavirusa yoluxduğundan şübhələnirlər.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan Marca-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, tibb işçiləri braziliyalı hücumçudan götürülən analizdə anormallıq olduğunu bildiriblər: "İkinci dəfə test verib, cavabı gün ərzində deməlidirlər. Hərdən belə də olur ki, test düzgün göstərmir. Amma istənilən halda futbolçu bu vəziyyətdə məşq edə bilməz. Ümid edirəm ki, Vinisius sağlamdır və sabah komanda ilə hazırlıqda iştirak edə biləcək".

Qeyd edək ki, Real Madrid La Liqada növbəti oyununu iyulun 10-da evdə Alaves-ə qarşı keçirəcək. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13149 səs