10/07/2020
12:53
1585
| A A A
"Mən də bundan bezmişəm"

“Ən azından rəqibin vəziyyətinə görə oyun çətin olacaq. Ümumiyyətlə, oyun həmişə asan olmur. “Alaves”lə sabahkı görüş də həqiqətən ağır olacaq”.

Goal.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 35-ci turunda sabah “Alaves”lə keçiriləcək oyun haqda danışarkən deyib.

“Real” 34 oyuna 77 xalla lider, “Barcelona” isə 35 oyuna 76 xalla 2-cidir. Fransalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasını indidən çempion adlandıranların yanıldığını bildirib:

“Hələ heç nə qazanmamışıq. Dörd qarşılaşma qalıb, sonra daha bir final. Təəssüf edirəm ki, həmişə eyni şeyi təkrarlayıram. Mən də bundan bezmişəm, amma həqiqətdir. Hələ bir şey qazana bilməmişik, işimizi davam etdirməliyik”. (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12660 səs