11/07/2020
15:25
1536
| A A A
"Hakim penalti təyin edibsə, deməli, penalti var" - Zidan

Real Madrid La Liqanın 35-ci turu çərçivəsində Alaves-kə oynanılan matçdan 2:0 hesabı ilə qalib ayrılıb. Madrid təmsilçisinin qollarından biri penaltidən vurulub.

Real ardıcıl üçüncü oyundu ki, 11 metrlik zərbə vurmaq haqqı qazanır. İspaniyada hakimlərin "kral klubu"nun lehinə qərarlar verdiyi yönündə iddialar gəzir.

Goal.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan Alaves-lə oyundan sonra məsələyə münasibət bildirib:

"Hakim penalti təyin edibsə, deməli, penalti var. İstənilən halda Mendi həmin epizodda çox yaxşı oynadı. Hansı yolla olursa olsun, qol vurmaq lazımdı".

Qeyd edək ki, Real Madrid sona üç tur qalmış ən yaxın izləyicisi Barcelona-nı 7 xal fərqi ilə qabaqlayır. Zidanın yetirmələri "katalonlar"dan bir oyun artıq keçirib. (Fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13064 səs