12/07/2020
22:33
1344
| A A A
Pepdən UEFA-ya mesaj

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, futbolçuları yeni mövsümdə Çempionlar Liqası yarışında oynamağı haqq edirlər.

Goal.az xəbər verir ki, o, “Sky Sports”a müsahibəsinə deyib:

“Hazırda yaxşı vəziyyətdəyik. Həm Premyer Liqa, həm də Çempionlar Liqasına tam hazırıq. ÇL-də oynamaq haqqımızdır. Futbolçularım son 6-7 ildə bu nəticəni əldə ediblər. Biz bu uğurları meydanda qazanmışıq. Ümid edirəm ki, bazar ertəsi günü UEFA komandamızın növbəti mövsüm ÇL-də oynamasına icazə verər”.

Sabah İdman Arbitraj Məhkəməi (CAS) Manchester City-nin şikayətinə baxacaq. İddia olunur ki, CAS şikayəti klubun xeyrinə həll edəcək. UEFA City-nin maliyyə feyr-pley qaydalarını əsas gətirərək klubu növbəti avrokubok turnirlərindən uzaqlaşdırıb. (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12426 səs