13/07/2020
18:50
2190
| A A A
Milan-ın keçmiş futbolçusu kluba qayıtmaq istəyir

Sao Paulo-da çıxş edən Aleşandro Pato gələcək karyerası ilə bağlı danışıb.

Goal.az xəbər verir ki, o, Avropada oynamaq istədiyini bildirib:

“Avropaya qayıtmaq istərdim. Bu il performansım yaxşı olub. Burada Libertadores kubokunu qazanıb, ayrılmağı düşünürəm. Gedəcəyim klub Milan olsa, yaxşı olar. Çünki orada oynadığım dönəmdə zədələrim oldu, özümü tək hiss edirdim və bu səbəbdən də gözləntiləri qarşılaya bilmədim. Hamı məni günahlandırırdı. Ancaq bilirəm ki, onların İbrahimoviç kimi hücumçuları var. Bütün diqqətləri ona yönəltməlidirlər. Çünki o, mümkün olan hər şeyi edə biləcək futbolçudur”.

Qeyd edək ki, 30 yaşlı hücumçu 2008-2013-cü illərdə Milan-da çıxış edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13074 səs