21/07/2020
22:51
19422
| A A A
"Onun mənə toxunmadığı bircə gün də olmadı"

New York City-nin sabiq təcrübəçisi Skaylar İspaniya yığmasının keçmiş hücumçusu David Vilyanı seksual təcavüzdə ittiham edib.

Goal.az xəbər verir ki, Skaylar buna görə peşəkar idmandan uzaqlaşdığını bildirib.

O, Vilyanı “pis insan” kimi xarakterizə edib: “Keçirdiyim o anlar dəhşətli idi. Peşəkar idman ideyası məni hələ də qorxudur. Hətta stadionda olmaq da məni qorxudur. Buna görə iş sahəmi dəyişməli oldum. Çünki başıma gələnlər mənim xəyallarımı puç etdi.

Təcrübəyə gələrkən elə düşünürdüm ki, bütün həyatımı həsr edəcəyim şans əldə etmişəm. Nəticədə David Vilyanın davranışı hər şeyi məhv etdi. O, mənə hər gün toxunurdu. Əgər hansısa qadın başına gələn bu tip hadisəni açıq şəkildə deyə bilirsə, o qadın mənim qəhrəmanımdır.

Əmin edirəm, əgər kimsə Vilya olan məclisdə adımı çəksə, o, məni xatırlamayacaq. O, məni heç vaxt adımla çağırmayıb. Onun mənə toxunmadığı bircə gün də olmadı. Vilya indiyə qədər rastlaşdığım ən pis adamdır”.

New York City rəhbərliyi və ispan futbolçu bu ittihamlara hələ cavab verməyib. David Vilya 2014-2018-ci illərdə MLS-də çıxış edib. O, New York City tarixinin ən məhsuldar futbolçusudur. Vilya bu komandada keçirdiyi 117 oyunda 77 qol vurub. (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13073 səs