05/08/2020
16:24
3449
| A A A
Messi Kasilyasla vidalaşdı

Barcelona-nın hücumçusu Lionel Messi Real Madrid-in əfsanəsi İker Kasilyasın karyerasını bitirməsinə münasibət bildirib.

Goal.az xəbər verir ki, Messi ispan qolkiperin adını tarixə yazdırdığını qeyd edib:

"İker karyerasını bitirir. Amma o, çoxdan adını futbol tarixinə yazdırmağı bacarıb - təkcə La Liqada etalona çevrildiyinə görə yox, həm də beynəlxalq səviyyədə mümkün olan hər şeyi qazandığına görə.

Sən möhtəşəm qapıçısan və sənə qarşı oynamaq mənim üçün çətin idi. Ötənləri xatırlamalı olsam, deyərdim ki, qarşı-qarşıya gəldiyimiz və imkanlarımızdan artığını ortaya qoyduğumuz hər oyun gözəl idi". (fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18805 səs