14/09/2020
12:25
8505
| A A A
"Messi vecimə də deyil"

Manchester City-nin yarımmüdafiəçisi Kevin De Bruyne Barcelona-nın kapitanı Lionel Messinin transferinin baş tutmamasına münasibət bildirib.

Goal.az xəbər verir ki, belçikalı ulduz argentinalının Kataloniya təmsilçisində qalmasına üzülmədiyini söyləyib.

De Bruyne hətta bu məsələni vecinə almadığını vurğulayıb: "Həqiqətən də, Messinin Manchester City-yə gəlməməyi vecimə deyil. Əlbəttə, komandamıza keçsəydi, bizə kömək olardı.

Çünki o, bütün zamanların ən yaxşı futbolçusudur. Ancaq kimin gələcəyinə və nələrin olacağına heç vaxt fikir vermirəm. Komandada olan futbolçularla oynayıram.

Bu mənada olduqca yaxşı komandamız olduğunu düşünürəm. Kimsə bizə qoşulsa, nə olacağını düşünmək axmaqlıqdır".

Barcelona Messinin keçidi üçün 700 milyon avro təzminat tələb etdiyindən, Manchester City ilə 5 illik müqaviləni razılaşdıran futbolçu daha bir il komandasında qalmaq qərarına gəlib. (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18777 səs