16/09/2020
14:56
1040
| A A A
Fatih Terim Neftçi ilə oyundan danışdı

Galatasaray Avropa Liqasının II təsnifat mərhələsində Neftçi-yə qarşı keçirəcəkləri matç üçün Bakıya yola düşüb.

Goal.az xəbər verir ki, İstanbul klubu çarter reysi ilə Azərbaycana yollanıb. Saat 18.00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18.30-da isə komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub.

Komandanın baş məşqçisi Fatih Terim hava limanında yerli jurnalistlərə qısa açıqlama verib. 67 yaşlı mütəxəssis bildirib ki, mərhələnin 1 oyundan ibarət olması rəqib üçün də yaxşı fürsətdir: Neftçi-yə yuxarıdan-aşağı baxmaq olmaz. Çünki bu oyunu kompensasiya etmək mümkün olmayacaq. Çox vacib oyuna çıxacağıq. Səhv istəmirəm".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Neftçi - Galatasaray matçı saat 20.00-da başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19368 səs