21/11/2020
19:14
1741
| A A A
"Qarabağ-a qarşı səhv etmək olmaz"

"Öncə "Qarabağ"ı Ağdamın qayıtması münasibətilə təbrik edirəm. Bütün Azərbaycan üçün bayramdır. Ümid edirəm ki, gələn il "İmarət"də oynayarıq".

Goal.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Qarabağ"a 1:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis komandada yorğunluq olduğunu bildirib: "Milli komandalarda oyunçularımız var idi. Bir çoxu yorğun idi. "Qarabağ"ın gücü bəllidir. Digər komandalardan fərqlənir. Onlara qarşı səhv etmək olmaz. Bu iki komandanı müqayisə etmək düzgün deyil. Belə məğlubiyyət istəməzdik. Təslim olmaq istəmirik. Qışa qədər maksimum xal yığmalıyıq. Məğlubiyyəti unudub "Qəbələ" ilə matça hazırlaşacağıq".

Baş məşqçi zədədən qayıdan qapıçı Mehdi Cənnətovun səhvlərinə də toxunub: "Onu qapıda görmək təəccüblü olmamalıdır. Çünki əsas qapıçımızdır. Hər oyunçu səhv edə bilər. Bu gün tək qolkiper yox, hamı zəif oynadı".

Abbasov məğlubiyyəti arxayınlıqla əlaqələndirmədiyini deyib: "Çünki buna səbəb yoxdur. Konsentrasiyamız aşağı idi. İlk 15-20 dəqiqədə pis oynamadıq. Çempionat elə gedir ki, hər şey ola bilər. Bu gün bizim günümüz deyildi".

Mütəxəssis meydanın ağır olduğunu söyləyib: "Bizim üçün hər itki çətinlik yaradır. Çünki alternativimiz yoxdur. Bunu əvvəldən də demişəm. Biz bu riski alıb çempionata başlamışıq. Təbii ki, bütün addımlar büdcəyə uyğun atılıb. Fasilədən sonra bizə 2 hücumçu lazımdır. İndi kimi gəldi götürmək istəyirik. Açığı, elə bir hücumçu da yoxdur. Əli Qurbani bizim üçün ciddi itkidir".

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21439 səs