28/11/2020
18:52
849
| A A A
"Daha da artırıb, yaxşı komanda görəcəyik" - Samir Abasov

“Həyəcanlı oyun keçdi. Hər saniyədə matçın taleyi həll oluna bilərdi”.

Goal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” ilə keçirilən oyun haqda danışarkən deyib. O, komandasının daha yaxşı çıxış edə biləcəyini vurğulayıb:

“Hər iki komanda uduzmamaq üçün meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur".

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24616 səs