02/12/2020
12:28
3436
| A A A
Zidandan istefa açıqlaması

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda Ukraynada Shakhtar-a 0:2 hesablı məğlubiyyəti şərh edib.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qara zolaq"da olduqlarını bildirib.

48 yaşlı baş məşqçi istefa məsələsinə də toxunub: "Hazırkı reallıqda işimizi davam etdirməliyik. Matça yaxşı hazırlaşmışdıq. İlk hissəni əla keçirsək də, qol vur bilmədik. Daha bir oyunumuz qalıb. Qələbə qazanmalıyıq. İstefa məsələsinə gəlincə, bu barədə düşünmürəm. İşləmək üçün gücüm var. Başımızı qaldırıb, növbəti oyunu fikirləşməliyik. Başqa yolumuz yoxdur".

Qeyd edək ki, 5 oyundan cəmi 7 xal toplayan Real B qrupunda 3-cü pillədə qərarlaşıb.(Fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24617 səs