14/01/2021
11:40
1628
| A A A
Chelsea-də Lempardı kim əvəzləyəcək?

Chelsea rəhbərliyi baş məşqçilik üçün yeni namizədlərin axtarışına başlayıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, onlar Tomas Tuxel və Maks Allegri ilə rəsmi olmayan danışıqlar aparıblar.

Yayılan məlumatda "zadəganlar"ın hazırkı siyahısında Brendan Rodqers, Ralf Hasenhüttl, Julian Naqelsmannın yer aldığı da bildirilib.

Qeyd edək ki, klub komandanın son oyunlardakı performansından narazı olduğu üçün baş məşqçi Frank Lempardla yollarını ayırmaq istəyir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24382 səs