14/01/2021
15:55
1708
| A A A
Barcelona-da borc qorxulu həddə çatdı

Barcelona klubundakı iqtisadi böhranın miqyası narahat edici həddə çatıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, son açıqlamaya görə, klubun 2020-ci ilin sonuna qədər 900 milyon avro borcu olub. 

Məlumatda bu rəqəmin 1 milyard avroya yaxınlaşması səbəbindən Kataloniya komandasını çətin günlərin gözlədiyi, borcun 420 milyonunun 1 il içində ödənilməli olduğu bildirilib.

Xüsusilə son illərdə transferlərə əlavə olaraq çox yüksək futbolçu maaşları verdiyi bilinən Barcelona koronavirus pandemiyasının da təsirləri əlavə olunduqda tarixinin ən böyük maliyyə qıtlığı ilə qarşılaşıb.

Qeyd edək ki, 26 yanvarda keçiriləcək prezident seçkilərindən sonra klubda yeni radikal qərarların veriləcəyi gözlənilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24357 səs