14/01/2021
16:37
2519
| A A A
Messinin həyatını dəyişən Ronaldo qərarı

Barcelona-da uzun illər əvvəl alınan Kriştiano Ronaldo qərarı Lionel Messinin həyatını dəyişib.

Goal.az xəbər verir ki, bu barədə klubun sabiq prezidenti Xuan Laporta danışıb.

"Ronaldinyo və Rafa Markeslə müqavilə imzalamaq üzrəydik. Markesin menecerləri o vaxt Sporting-də oynayan Kriştiano Ronaldonu təklif etdilər. Onlar bizə Ronaldonun 19 milyona Manchester United-ə gedəcəyini, əgər istəsək, 17 milyona bizim kluba gətirə biləcəklərini dedilər. Amma biz Ronaldinyoya investisiya etdiyimiz üçün onu rədd etdik. Bu qərardan heç vaxt peşman olmadım",- deyə o bildirib.

Təcrübəli mütəxəssis bundan ən çox argentinalı ulduzun faydalandığını bildirib:

"Bu qərar Messinin həyatında qırılma nöqtəsi idi. Ronaldinyo kimi təcrübəli birindən dərs aldığı üçün o, çox şanslı idi. Bu şansı dəyərləndirdi və futbol tarixinin ən yaxşılarından biri oldu".

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24383 səs