16/01/2021
16:46
826
| A A A
"Çempionluq barədə danışmaq üçün tezdir"

Liverpool-un ulduz futbolçusu Məhəmməd Salah çempionluq yarışı ilə danışıb.

Goal.az xəbər verir ki, misirli hücumçu "beİN Sports”a açıqlamasında çempionluq barədə danışmaq üçün erkən olduğunu deyib:

"Çempionatda vəziyyət fərqlidir, azarkeşlər olmadığı üçün hər oyunda komandaların qalib gəlmək şansı bərabərdir. Çempionluq barədə danışmaq üçün tezdir. Bir neçə komanda çempionluğa yaxındır, amma ümid edirəm, buna biz nail olarıq. Zədələr oyunumuza çox təsir elədi.

Hər oyun meydanda olmaq, matçın hər dəqiqəsini oynamaq arzusundayam. 90 dəqiqə deyil, 95 dəqiqə oynamaq istəyirəm, amma baş məşqçinin qərarlarına hörmət edirəm”, deyə Salah qeyd edib.(fanat)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs