24/01/2021
18:36
1554
| A A A
"Liderliyimizi qorumaq istəyirik”

İtaliya A Seriyasının 19-cu turu çərçivəsində Atalanta-ya 0:3 hesabı ilə məğlub olan Milan-ın baş məşqçisi Stefano Pioli oyundan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, mütəxəssis, çətin oyun keçdiyini bildirib:

“Atalanta işimizi çox çətinləşdirdi. İkinci qol oyunun taleyini həll etdi. Vaxtımız vardı, amma oyunda geri dönüş edə bilmədik. Atalanta bizdən daha yaxşı oynadı. Fiziki cəhətdən daha güclü komandaya məğlub olduq. Atalanta-ya məğlubiyyət utancverici deyil.

Çətin, rəqabətli çempionatda mübarizə aparırıq, amma liderliyimizi qorumaq istəyirik”.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs