25/03/2021
15:55
8063
| A A A
Ronaldo Azərbaycanla oyunu şərh etdi

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

Goal.az xəbər verir ki, Juventus-da çıxış edən 36 yaşlı hücumçu qələbənin vacib olduğunu bildirib.

"Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda", - deyə o, feysbuk profilində yazıb.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13782 səs