13/09/2021
13:34
3715
| A A A
Chelsea-nin baş məşqçisi narazıdır: "Yanılmışam"

Chelsea-nin baş məşqçisi Tomas Tuxel Saul Niqezin komandada debütünü dəyərləndirib.

Goal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis futbolçunun oyunundan narazı qaldığını bildirib:

"Onun üçün oyunun çətin olduğunu hiss etdim. Saul meydanda əziyyət çəkirdi.

Ancaq bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Onu belə tez meydana buraxmaqda yanılmışam. Futbolçu hələ komandaya və çempionata öyrəşməlidir."

Xatırladaq ki, Saul Nigez cari mövsümün sonuna qədər Chelsea-də icarə əsasında çıxış edəcək.(fanat)