14/09/2021
11:25
3595
| A A A
“Ronaldonun Premyer Liqaya qayıdışına sevinmədim” - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp Kriştiano Ronaldonun Manchester United-ə keçidi haqda danışıb.

Goal.az xəbər verir ki, alman mütəxəssis, portuqaliyalı hücumçunun İngiltərəyə qayıtmasına sevinmədiyini deyib:

“Ronaldo yaxşı futbolçudur? Bəli, təəssüf ki, elədir. Onun Juventus-dan ayrılacağını eşidəndə çox təəccüblənmişdim. Bu haqda bir fikrim yoxdur. Turində nə yaşandığını bilmirəm.

Ronaldonun Manchester United-ə qayıtmasına sevindim? Xeyr, sevindiyimi deyə bilmərəm”.