14/09/2021
13:33
4903
| A A A
"Mən Vernerdən ən az 18 dəfə yaxşı futbolçu idim"

Niderlandlı keçmiş hücumçu Marko van Basten qatıldığı TV proqramında Almaniya millisinin və Chelsea-nin hücumçusu Timo Verner barədə danışıb.

Goal.az xəbər verir ki, o, Vernerin faydasız oyunçu olduğunu deyib:

"Mən Vernerdən ən az 18 dəfə yaxşı futbolçu idim".

Verilişin digər qonağı, Niderland millisinin keçmiş üzvü Rud Qullit onun sözlərini təsdiqləyib: "Bəli, bunu təsdiq edə bilərəm".

Chelsea 25 yaşlı hücumçunu ötən mövsüm Leipzig-dən 55 milyon avroya transfer edib. Verner London klubunda keçirdiyi 56 oyunda 12 qol vurub. (sportinfo)