18/09/2021
13:51
4554
| A A A
Keçmiş sevgilisinin Ronaldo barədə etirafı gündəm oldu

Goal.az xəbər verir ki, Manchester United-ə qayıtması ilə son günlər gündəmdə olan Kriştiano Ronaldo barədə diqqətçəkən iddia ortaya atılıb.

Portuqaliyalı ulduzla bir müddət eşq yaşadığını deyən Nataşa Sofia bildirib ki, futbolçu model nişanlısı Corcina Rodriqezlə tanış olandan sonra da ona mesaj yazırmış.

O, Ronaldonun Corcinaya da onunla davrandığı kimi davrana biləcəyini deyib:

“Avropadakı kimi Mançesterdə də eyni şey ola bilər. Əgər onların gələcəyi birlikdə olacaqsa, Corcina gözünü ondan ayırmamalıdır, yoxsa mənə etdiyi kimi, onu da bir kənara ata bilər”.

Nataşa Sofianın sözlərinə görə, məşhur futbolçu iki il gizlicə ona xüsusi mesajlar göndərib. Bu mesajlardan sonra görüşən cütlüyün qısa müddət münasibətləri olub.

Sofia iddia edir ki, Ronaldo bundan sonra onu sosial şəbəkədə bloklayıb və deyib ki, bir daha onu axtarmasın. (sportinfo)