20/09/2021
18:54
3386
| A A A
Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı

PSG-nin baş məşqçisi Maurisio Poçettino Liqa 1-in 6-cı turunun Lyon-la matçında (2:1) Lionel Messini əvəzləməsinin səbəbini açıqlayıb.



Goal.az xəbər verir ki, argentinalı mütəxəssis, həmyerlisini zədədən qorumaq üçün belə addım atdığını deyib:

“Messinin zədələnməsindən narahat idim. Qarşıda vacib oyunlar var və onu qorumalıyıq”.

Lyon-la matçın 76-cı dəqiqəsində Əşrəf Hakimi ilə əvəzlənən Messi oyundan çıxanda Poçettinonun əlini sıxmayıb.