13/10/2021
13:54
873
| A A A
Arsen Venger: "Ofsayd 2022-ci ildə avtomatlaşdırılacaq"

FIFA-da futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Arsen Venger ofsayd problemindən danışıb.

Goal.az xəbər verir ki, Arsenal-ın sabiq baş məşqçisi yaxın gələcəkdə oyundankənar vəziyyətin avtomatik qeydə alınacağını bildirib.

72 yaşlı mütəxəssisin sözlərinə görə, 2022-ci ildə ofsaydın avtomatlaşdırılma ehtimalı yüksəkdir: "Bütün nüansları gizli saxlamalıyam. Amma bu, ​​böyük hadisə olacaq".

Qeyd edək ki, yeni sistemin DÇ-2022-də təqbiq ediləcəyi gözlənilir. Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.(report)