18/10/2021
11:25
1283
| A A A
"Qələbə qazanmalı olan tərəf uduzdu" - Mourinyu

Roma-nın baş məşqçisi Joze Mourinyu İtaliya A seriyasının 8-ci turunda komandasının Juventus-la səfər oyununu dəyərləndirib.

Goal.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı 0:1 hesablı yenilgidən sonra belə danışıb:

"Yalnız onu deyə bilərəm ki, bu gün böyük Roma-nın oyununu izlədim. Komandamda özünəinam, cəsarət və güc gördüm. Məğlubiyyət həmişə məğlubiyyətdi... Ancaq inkişaf göz qabağındadır. Futbolda həmişə daha yaxşı oynayan qalib gəlmir. Bu gün qələbə qazanmalı olan tərəf son nəticədə uduzdu".

Qeyd edək ki, 8 tura 15 xal toplayan Roma A Seriyasının turnir cədvəlində 4-cü pillədədir.